Yelo Bank-ın yay təcrübə proqramı yekunlaşdı
Yelo Bank-ın ənənəvi yay təcrübə proqramı bu illik başa çatdı. Artıq üçüncü dəfə keçirilən “Yelo Summer Challenge” proqramının əsas məqsədi bankçılıq sahəsində karyera qurmaq istəyən tələbə və məzunların yay tətilini unudulmaz və faydalı keçirməkdir. 2 aya yaxın davam edən proqramın qapanış tədbirində bütün iştirakçılar tövsiyə məktubu və sertifikatlar ilə təltif olunublar.
Elan edildiyi gündən böyük maraqla qarşılanmış “Yelo Summer Challenge” 100-dən çox gəncə faydalı təcrübə qazandırıb. İştirakçılar bilik və maraqlarına uyğun departamentlərə yönləndirilirlər. Proqram müddəti ərzində onlar korporativ mühitdə komanda işi ilə tanış olub, yüksək dərəcədə ixtisaslı və təcrübəli kollektivlə birlikdə müxtəlif layihələrdə çalışıblar. Proqramı uğurla başa vuran gənclər isə Yelo Bank-da işlə təmin olunurlar. Builki proqramda da artıq bir iştirakçı Yelo komandasının üzvünə çevrilib, digər bir iştirakçı isə ali təhsili başa vurduqdan sonra Bankda işlə təmin olunacaq.
Qeyd edək ki, Yelo Bank təcrübəsiz, lakin potensiallı gənclərə karyera şansı vermək ənənəsinə sadiq qalaraq müxtəlif dəstək layihələrini həyata keçirməyə davam edəcək. Bankın bu və digər layihələrindən xəbərdar olmaq üçün Yelo Bank və Yelo Team sosial media hesablarını izləməyi unutmayın.
Bank xidmətleri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!