Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb
![](https://ena.az/uploads/news/2023-09/_ena_df848503110a32b5f07420280_o.jpg)
Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib:
“Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu”.