TURİZM

Klassik pasportlarla vidalaşmağa hazır olun. Rəqəmsal pasport dövrü başlayır

Bir müddətdir gündəmdə olan rəqəmsal pasport tətbiqini sınaqdan keçirən ilk ölkə Finlandiyada sınaq müddətinə başlayan səlahiyyətlilər, Rəqəmsal Səyahət Sənədinin ən az fiziki pasport qədər etibarlı olduğunu söyləyirlər.

ENA.az xəbər verir ki, sınaq mərhələsində olan tətbiqdə Finlandiya vətəndaşları İngiltərəyə uçuşlarında smartfonlarında rəqəmsal şəxsiyyət sənədini göstərərək səyahət edir. Sistem indiyə qədər Fin hava yolları ilə Helsinkidən London, Edinburq və Mançesterə uçuşlarda sınaqdan keçirilib.

Bildirilib ki, fevralın sonuna qədər davam edəcək rəqəmsal pasport pilot tətbiqindən yararlanmaq istəyən şəxslər barmaq izi və üz tanıma məlumatları ilə bir dəfə qeydiyyatdan keçdikdən sonra görülən yeganə tədbir məlumatın Finlandiya sərhədinə göndərilməsidir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)