Çin yeni xəritələrdə Rusiyanın bir hissəsini öz ərazisi kimi göstərib
Çinin Dövlət Xəritəçəkmə Xidməti 2023-cü ildə Bolşoy Ussuriysk adasını ölkənin ən şərq hissəsi kimi qeyd edən yeni xəritələr toplusunu dərc edib. 2008-ci il müqaviləsinə əsasən, ada Rusiya və Çin arasında bölünüb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Xəritəçəkmə Xidmətinin izahatında göstərilir ki, xəritə “Çin və dünyanın digər ölkələrinin sərhədlərinin milli standartları”na uyğun tərtib edilib. Xəritələr xəbərlərdə, kitablarda və reklam materiallarında istifadə üçün nəzərdə tutulub.
Qeyd edək ki, Böyük Ussuriysk adasının şərq hissəsi təxminən 400 nəfər əhalisi olan Ussuriysk kəndinin yerləşdiyi Rusiyanın Xabarovsk şəhərinin hüdudlarındadır.
Açıqlanan xəritəyə əsasən, Çinə Hindistanın Arunaçal-Pradeş əyaləti və sərhəd bölgəsi Aksaiçin də daxildir. Hindistanın Xarici İşlər Nazirliyi bununla bağlı Çin tərəfinə etiraz edib, “Press Trust of India” bildirir.