Manatı notlara yerləşdirməklə nə qədər pul dövriyyədən çıxarılıb?
Azərbaycan bankları bu ilin yanvar-iyun aylarında notlara 1 milyard 335 milyon manat vəsait yerləşdiriblər. Bu həm də o deməkdir ki, Azərbaycan Mərkəzi Bankı bu dövr ərzində bu qədər vəsaiti dövriyyədən çıxarıb, yəni sterilizasiya edib.
ENA.az xəbər verir ki, notlar üzrə AMB-nin ödədiyi faizlər onun müddətdindən asılı olaraq dəyişir. Məsələn, iyun ayında 28 günlük notlar 5,89% ilə götürülüb, 252 günlük notlar isə 8,9% ilə alınıb.
Təbii ki, son altı ayda bu əməliyyatların sayının və həcminin artması manatın dəyərini qoruyub saxlamaq üçün əlavə manat kütləsinin bazardan yığılmasına və beləliklə inflyasiyanın cilovlanmasına hesablanıb.