Bank

Bank sektoru 7 ayda 4,4 milyard manat əməliyyat gəliri əldə edib

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 858,7 milyon manat xalis mənfəət əldə edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % çoxdur.

7 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 403 milyon manat (1 il əvvələ nisbətən 13,25 % çox), əməliyyat xərcləri 3 milyard 57,1 milyon manat (9,25 % çox), xüsusi ehtiyatlara ayırmaları 273,4 milyon manat (13 % çox), gözlənilməz xərcləri 0,3 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 213,4 milyon manat (28,8 % çox) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)