Hadisə

"Şamaxı-İsmayıllı bölgəsində 6 baldan yuxarı zəlzələ olması ehtimalı yoxdur"

"Şamaxı-İsmayıllı bölgəsində dünəndən indiyədək 130-dan çox afterşok olub".

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, təkanların bir neçəsi 3 balı keçsə də, çoxu 3 baldan aşağı hiss olunmayan təkanlar olub: "Həmin zona seysmoloji baxımdan aktiv zonadır. Ərazidə 6 baldan yuxarı zəlzələ olması ehtimalı yoxdur".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)