Sənaye

Rusiyanın neft və təbii qaz gəlirləri 41,4 faiz azaldı

Rusiya Maliyyə Nazirliyindən verilən açıqlamada ölkənin neft və təbii qaz gəlirlərinin bu ilin ilk 7 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalaraq 4,2 trilyon rubla (təxminən 43,4 milyard dollar) düşdüyü bildirilib. 

ENA.az xəbər verir ki, açıqlamaya görə, ilin ilk 7 ayında federal büdcə kəsiri 2,8 trilyon rubl (təxminən 29 milyard dollar) təşkil edib.

Sözügedən dövrdə büdcə gəlirlərinin 14,5 trilyon rubl olduğu məlumatının yer aldığı açıqlamada büdcə xərclərinin 17,3 trilyon rubl səviyyəsinə çatdığı vurğulanıb.

Bildirilib ki, Rusiyanın neft və təbii qaz gəlirləri bu ilin ilk 7 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalaraq 4,2 trilyon rubl olub.

Bəzi qərb ölkələri Ukrayna müharibəsi səbəbindən Rusiya nefti və təbii qazının idxalını dayandırıb, bəzi ölkələr isə əhəmiyyətli dərəcədə azaldıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)