"Bank VTB (Azərbaycan)" rəhbərliyində - YENİ TƏYİNAT
Rusiya “VTB” bankının Azərbaycandakı törəməsi olan “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinə yeni təyinat olu
"BI" xəbər verir ki, 2019-cu ilin fevralından başlayaraq Yasin Cəlilov İdarə Heyətinə üzv seçilib. Y.Cəlilov hazırda bankın İdarə Heyətində yeganə azərbaycanlıdır.
O, həmçinin adıçəkilən bankda Korporativ biznesin inkişafı departamentinin direktorudur.
-Bildirək ki, o “Bank VTB”da departament direktoru kimi 2018-ci ilin iyulunda təyin edilmişdi.
“Bank VTB”dən öncə isə 21 il Beynəlxalq Bankda çalışıb.
Xatırladaq ki, “Bank VTB (Az.)”nın İdarə Heyətində Kirin Yevgeni sədr, Klimenko Vadim və Rudakov Roman üzvdürlər.