Kənd təsərrüfatına dair yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 939:2023 – “Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması.Termin və təriflər” dövlət standartı qəbul edilib.
ENA.az Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, bu standart “ГОСТ 27775:2014” dövlətlərarası standartı əsasında hazırlanıb və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində istifadə edilən anlayışların sistemli şəkildə təsviridir.