Qeyri-Bank

Dövlət Fondu mənfəətinin 17% artdığını açıqladı

1 iyul 2023-cü il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 2 milyard 542 milyon 148,526 min manat təşkil edib. Bu, 2022-ci ilin sonuna olan göstəricidən 5,9% çoxdur.

Fondun yaydığı məlumata görə, 2023-cü ilin birinci yarısının sonuna İKZF-nin kredit portfeli 9,2% artaraq 1 milyard 865 milyon 921,857 min manatdır. Banklarda yerləşdirilən depozitlərin həcmi 3,1% azalaraq 10 milyon 314,201 min manat təşkil edib. 

30 iyun 2023-cü il tarixinə Fondun öhdəlikləri 6,2% böyüyərək 1 milyard 480 milyon 804,692 min manat olub. Emissiya edilən qiymətli kağızların həcmi 1 milyard 453 milyon 203,071 min manatdır. 

Hesabat dövrünün sonuna İKZF-nin kapitalı 1 milyard 61 milyon 343,834 min manatdır. Nizamnamə kapitalı 893 milyon manat, kapital ehtiyatları isə 10% artımla 112 milyon 915,728 min manat təşkil edib.

Birinci yarımillik ərzində Fondun xalis mənfəəti illik müqayisədə 17,1% artaraq 11 milyon 578,105 min manat, əməliyyat gəlirləri 16 milyon 972,323 min manat təşkil edib.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun bütün səhmləri dövlətə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)