Birja

Dünya birjalarında neft ucuzlaşır (01.08.2023)

Bugün səhər neft qiymətləri mülayim şəkildə azalır. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 85,12 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekunu ilə müqayisədə 31 sent (0,36%) aşağıdır. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları qeyd olunan vaxta görə 26 sent (0,32%) azalaraq bir barelə görə 81,54 dollar təşkil edib. 

“MarketWatch” yazır ki, iyulun yekunu olaraq Brent markalı neftin qiyməti 14,2% bahalaşıb ki, bu da ötən ilin may ayından bəri ən yüksək göstəricidir. WTI-nin dəyəri 15,8% artaraq 2022-ci ilin yanvarından bəri ən yaxşı aylıq qazancdır.

Neft qiymətləri OPEC+ ölkələrindən tədarükün azalması fonunda ilin ikinci yarısında qlobal yanacaq bazarında qıtlıq gözləntiləri ilə bahalaşır.

Bundan əlavə, dünyanın ən böyük iqtisadiyyatlarının yaxşı makroiqtisadi statistikası da müsbət amil olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)