Mərkəzi Bankın iqtisadiyyatla bağlı proqnozları nədir?
![](https://ena.az/uploads/news/2023-07/_ena_b71fbfa8b2d27b6f6d6fdf264_o.jpg)
Azərbaycan Mərkəzi Bankı 2023 və 2024-cü illər üzrə iqtisadi artım proqnozlarını elan etdi.
ENA.az-ın məlumatına görə, AMB sədri Taleh Kazımov bildirib ki, 2023-cüil üzrə ÜDM-də artım 1%, qeyri-neft sektorunda isə 3-4 % artım gözlənilir.
2024-cü ildə iqtisadiyyatın artım tempi isə 4-5 % olacaq.
Sədrin sözlərinə görə, 2023-də inflyasiya 6-7 %, 2024-cü ildə 5-6 faiz proqnozlaşdırılır. Bu ilin sonuna Azərbaycanın tədiyyə balansında profisit 9-10 milyard dollar olacaq.