Çoxdan gözlənilən Worldcoin bazara çıxdı
OpenAI-nin yaradıcısı, süni intellekt ChatGPT çatbotunun yaradıcısı Sem Altman Worldcoin kriptovalyutasını dövriyyəyə buraxdı.
ENA.az xəbər verir ki, həmtəsisçilər Aleks Blaniya və Sem Altmanın imzaladığı bəyanat Worldcoin-in saytında dərc edilib.
Açıqlamada Worldcoin-in hər kəsin malik olduğu yeni bir kimlik və maliyyə şəbəkəsi yaratmaq məqsədi ilə üç ildən çox əvvəl qurulduğu ifadə edildi.
Bu gün istifadəyə veriləcəyi bildirilən açıqlamada, Worldcoin-in müvəffəqiyyətli olacağı təqdirdə, iqtisadi imkanları böyük ölçüdə artıra biləcəyi və gizliliyi qoruyaraq ietibarlı bir həll yarada biləcəyi qeyd edildi.
Açıqlamada Worldcoin-in məxfiliyi qoruyan rəqəmsal şəxsiyyət (World ID) və rəqəmsal valyutadan (WLD) ibarət olduğu bildirilib.
Açıqlamada, ilk protokola uyğun pul kisəsi olan World App-in endirilə və paylaşıla biləcəyi, World ID-nin isə biometrik doğrulama cihazı Orb-u ziyarət etdikdən sonra əldə edilə biləcəyi ifadə edildi.
Açıqlamada vurğulanıb ki, bu, tam məxfi qalaraq, real insan olduğunuzu onlayn şəkildə sübut etməyə imkan verəcək.