Bank

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib. ENA.az quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 2,5 faiz bəndi artırılaraq 15 %-dən 17,5 %-ə qaldırılıb. 

TCMB qərar mətnində inflyasiya gözləntilərini lövbərləmək və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün pul siyasətinin sərtləşdirmə prosesinin davam etdirilməsinə qərar verildiyi vurğulanıb.

Mətndə qlobal inflyasiyanın azaldığı, lakin hələ də uzunmüddətli orta göstəricilərin mərkəzi bankların hədəflərinin üzərində olduğu vurğulanaraq dünyanın bir çox ölkəsində mərkəzi bankların monetar sərtləşdirmə prosesini davam etdirdiyi bildirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il iyunun 22-də keçirilmiş iclasında 8,5%-dən 15 %-ə çatdırılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)