Gündəm

Zahid Niftəliyev 42 milyon ittihamla yenidən həbs olundu

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin vəsatəti əsasında 18 iyul 2023-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürovanın qərarı ilə Niftəliyev Zahid Gülsəfa oğlu barədə həbs qətimkan tədbiri seçilib.

Müdafiə Nazirliyinin məşhur sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev barədə 42 milyon manatdan çox zərərvurmaya dair ittiham irəli sürülüb.

Belə ki, iş materiallarına əsasən Niftəliyev Zahid Gülsəfa oğlu kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaratmış, təsərrüfat və maliyyə vəziyyəti barədə ATABANK ASC-yə saxta məlumatlar təqdim edib 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurmuş, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə etmiş, kreditin ləğv prosesində olan ATABANK ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir.

Qeyd edək ki, hazırda ləğv prosesində olan bankların çoxsaylı əmanətçilərinə vəsaitlərinin ödənilməsi məqsədi ilə iri həcmli kreditlərin ilkin qaytarılmasının təmin edilməsi istiqamətində dövlət orqanları tərəfindən zəruri işlər həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)