Bitkoin ucuzlaşır. Amerikanın sərt qaydalar çağırışı bazarı vurur
ABŞ-ın bitkoin və ümumiyyətlə rəqəmsal valyutalara qarşı sərt mövqeyi bazara təsir edir. ENA.az xəbər verir ki, Bitkoin 19,43 milyon dövriyyə ehtiyatı ilə son 24 saatda 2,63% ucuzlaşıb.
Hazırda Bitkoinin qiyməti 30,333,83 dollardır (BTC/USD). Cari bazar kapitallaşması 589,38 milyard dollardır. 24 saatlıq ticarət həcmi 17,04 milyard dollar təşkil edir. Son 24 saat ərzində bahalaşan TOP-3 koinlər bunlardır: Ampleforth Governance Token 28%, WazirX 23%, Adventure Gold 15%.
G20 tərəfindən təsis edilən Maliyyə Sabitliyi Şurası (FSB) kriptovalyuta istifadəçilərinin aktivlərini qorumaq və maraqların toqquşmasından qaçmaq üçün daha sərt qaydalara çağırıb.
Hadisələrin kripto-aktiv ekosistemində bütün valyutalara təsir edə biləcəyini göstərdiyinə diqqət çəkərək, kripto-aktiv bazarlarının daha geniş maliyyə sisteminə təsirlərinin ola biləcəyi qeyd edilir.