Birja

Dollarda kim, nə gözləyir?

FED rəsmiləri, inflyasiyanın 3 faizə düşməsinə baxmayaraq, faiz artımının davam etdirilməsinin lazım ola biləcəyinə işarə ediblər. ENA.az xəbər verir ki, Fond menecerləri ABŞ iqtisadiyyatının yavaşlaması və FED-in uçot dərəcəsinin artırılmasının sona yaxınlaşması fonunda dolların ucuzlaşacağını gözləyir.

FED rəsmiləri ABŞ-da istehlak inflyasiyasının 3 faizə düşməsinə baxmayaraq, bu ay faiz dərəcələrini artırmağa davam edəcəklərinin siqnalını veriblər. İqtisadçıların fikrincə, 2021-ci ilin sonundan bəri ən aşağı səviyyə olan iyun ayında 4,8 faizə enən inflyasiya səviyyəsi aşağıya meyli davam edərsə, FED-ə monetar sərtləşdirmə addımlarını dayandırmaq imkanı verə bilər.

Bununla belə, Richmond Fed sədri Tomas Barkin inflyasiyanın iyun ayında əhəmiyyətli dərəcədə yavaşlamasına baxmayaraq hələ də yüksək olduğunu bildirib və bankın 2 faizlik hədəfinə sadiq qaldığını vurğulayıb. Barkin, "İnflyasiya çox yüksəkdir", - deyib.

Fond idarəçiləri bu qənaətdədirlər ki, ilin əvvəlindən eniş gözləntilərinə qarşı çıxan dolların bu müqaviməti uzun müddətli olmaya bilər. ABŞ-ın faiz dərəcələri pik həddinə yaxınlaşdıqca və FED-in aqressiv sərtləşdirmə siyasətinin təsirləri dünyanın ən böyük iqtisadiyyatında hiss olunmağa başladıqca dollar zəifləyir.

ABŞ-ın İyun ayında CPI məlumatlarından sonra 15 ayın ən aşağı səviyyəsinə enən Bloomberg Dollar İndeksi, sentyabrdakı zirvəsindən 11 faiz aşağıdadır.
Bloomberg tərəfindən tərtib edilən Əmtəə Fyuçers Ticarət Komissiyasının (CFTC) məlumatlarına görə, hedcinq fondları mart ayından bəri ilk dəfə dollarla satışı bərpa etdi. 

AllianceBernstein və UBS Asset Management-ə görə, bu, Yapon yeni, Yeni Zelandiya dolları və Braziliya realı və Kolumbiya pesosu kimi inkişaf etməkdə olan bazar valyutalarının bahalaşması ilə nəticələnəcək.

AllianceBernstein-ın Sabit Gəlirli Asiya Sakit Okean üzrə həm-direktoru Brad Gibson deyib: “Biz düşünürük ki, dollar pik həddinə çatıb və digər valyutaların 2023-2024-cü illərin qalan yarısında daha yüksək performans göstərməsi üçün yer var. Bunun səbəbi ABŞ iqtisadiyyatının yavaşlaması və FED-in mümkün faiz endirimləridir”.
 

366 milyard dollarlıq aktivləri idarə edən M&G Investments şirkətinin CIO-su Jim Leaviss də dollarla satış müqabilində yen mövqeyi açdıqlarını söylədi. Leavis, “Hazırda bir çox valyutada fürsət var. İnkişaf etməkdə olan bazar valyutalarının əksəriyyəti də ucuz görünür" deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)