Bitcoin niyə "inflyasiya rallisi"ni əldən verdi?
ABŞ-da inflyasiya, gözləntilərin altında qaldıqdan sonra bazarlardakı müsbət atmosfer Bitcoin-ə təsir etmədi. ENA.az xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birini ABŞ-ın ələ keçirdiyi Bitcoinlərin bir hissəsinin satılacağı iddiası ilə izah edirlər.
ABŞ bazarlarında inflyasiya gözləntilərin altında gəldiyi üçün FED-in monetar sərtləşdirməsini sona çatdırması ilə səhmlərin və istiqrazların qiymətlərində yüksəlmə baş verdi. Halbuki, ən böyük rəqəmsal aktiv əvvəlki günə görə yüzdə 0,7 dəyər itirdi.
İnvestisiya bazarının ən böyük şirkətlərindən biri olan Blackrock, spot bazarda rəqəmsal aktivlərə sərmayə qoymaq üçün birja ticarəti fonduna başladıqdan sonra Bitocin, iyun ayında yaşadığı kəskin yüksəlişdən sonra bu ay düz bir tendensiya izlədi.
İnvestorlar Bitcoin-in bu il 83 faiz artımından sonra növbəti dövr üçün rallini davam etdirmək üçün hələ də yerin olub-olmadığını qiymətləndirirlər.
IG Australi-nin Bazar Analitiki Tony Sycamore, “Bitcoin, ABŞ inflyasiya məlumatlarından sonra demək olar ki, hər bir aktiv sinifində baş verən geniş yayılmış risk axtarışından kənarda qalan aktiv olub. Məncə, bu yaxşı əlamət deyil”, - söyləyib.
Sycamore, təxminən 200 günlük hərəkətli ortalama bölgüyə görə qiymətin 25-26 min dollara düşmə ehtimalının artdığını bildirdi.
ABŞ tərəfindən ələ keçirilən bitkoinlərin satılacağı iddiası
Digər tərəfdən, kriptovalyuta analitikləri inflyasiya məlumatlarından sonra rəqəmsal aktivin sakit fəaliyyətini qiymətləndirərək, bunun mümkün səbəbləri arasında ABŞ-ın ələ keçirdiyi Bitcoin-in bir hissəsini satmağa hazır ola biləcəyi ilə bağlı fərziyyələrin ola biləcəyini qeyd etdilər.
Rəqəmsal aktivlər ticarət edən Independent Reserve-in rəhbəri John Toro, "Nisbətən aqressiv dərəcə artımlarından sonra yaranan deflyasiya mühiti kriptovalyuta daxil olmaqla riskli aktivlər üçün yaxşı olmalıdır. Bununla belə, ABŞ tərəfindən ələ keçirilən Bitcoin-in dövriyyəyə buraxılması ilə bağlı şayiələr bəzilərinin bu aktivlərin satılma riskinə işarə etməsinə səbəb olub, bazara inamı zədələyib”.
Çərşənbə günü ABŞ-da inflyasiya son iki ilin ən aşağı səviyyəsinə - 3 faizə düşüb və bu, qlobal səhmlər, istiqraz göstəriciləri, qızıl və neftdə 1 faizdən çox artımı dəstəkləyib. Dollar indeksi də son 15 ayın ən aşağı səviyyəsini gördü