Avtomobil

Azərbaycanda avtomobil lizinqi - ŞİRKƏTLƏRDƏ ŞƏRTLƏR

Azərbaycanda banklar tərəfindən avtomobil kreditlərinin məhdudlaşmasından sonra kreditlə avtomobil almaq istəyənlər bunu lizinq yolu ilə həyata keçirməyə başlayıblar.

2018-ci ilin sonunda bankların avtomobil kreditləri ilə bağlı yeni tələblər də qüvvəyə minib. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi 29  dekabr 2018-ci ildən qüvəyyə minən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ına əsasən, bankların avtomobil krediti verməsi bir qədər də məhdudlaşdırılıb.
 
Yeni tələbərə görə, kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır.
 
Eləcə də kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdı.

Avtomobil kreditlərinə qoyulan məhdudiyətlərin fonunda avtomobillərin lizinq üsulu ilə əldə edilməsinə maraq artıb. Bunu nəzərə alaraq lizinq şirkətləri arasında avtomobillərin lizinqlə alınması şərtlərini dəqiqləşdirib.


Araşdırma göstərir ki, avtomobilin lizinqlə satışı zamanı tələb olunan ilkin ödənişin məbləği 20%-50% arasında dəyişir. Araşdırma aparılan “Faktor Lizinq” və “AsProf”da avtomobilləri lizinqlə həm dollar, həm də manatla almaq olar.

Bəzi lizinq şirkətlərində avtomobil alınması ilə bağlı məhdudiyyətlər var. Belə ki, “Alyans Lizinq” və “Günay Lizinq”də müştərinin VÖEN hesabının olması vacibdir. Bundan əlavə “Günay Lizinq”də əgər vətəndaş rayon qeydiyyatındadırsa, yaşadığı yer Bakıdırsa, bu zaman rayon qeydiyyatında olan 1 nəfərin zaminliyi istənilir.
“Mcb leasing” və “Ekolizinq”də ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara lizinq verilir.


Bundan başqa “Günay Lizinq” də müştəri ikinci əl avtomobil gətirərsə bu zaman ilkin ödəniş 40-50%, illik faiz 25% olar, avtomobil yeni olduqda isə ilkin ödəniş 25% ilkin, illik faiz 22% olur.


Həmçinin “Alyans Lizinq”də köhnə avtomobillər üçün daha çox ilkin ödəniş tələb edilir.
 

Şirkətlər

Ilkin ödəniş

Illik faiz

İli

Ay

“Faktor Lizinq”

50%

24%-dollar
32%-manat

2011

24 ay

“AsProf Lizinq”

30%

20 % – dollar
23% - manat

Fərqi yoxdur

36 - 48 ay

“Alyans Lizinq”
 

30%-50%

30%-40% manat

1999

24 ay

“Günay Lizinq”

25%-50%

kohne avtomobillər üçün 25% manat
 
kohne avtomobillər üçün 22% manat

2015

3 ili

“MCB leasing”

20-40%

19-21% manat

2015

36 aya

“Ekoizinq”

20%

26% manat

2009

12-36

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)