Bank

Xarici vətəndaşlar Azərbaycanda kartla apardığı əməliyyatlarda nə qədər xərcləyiblər?

2023-cü ilin yanvar-may aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 851,3 milyon manat məbləğində əməliyyat aparıblar. Bu dollarla ifadədə hazırki məznnə ilə 500,7 milyon dollar deməkdir.

ENA.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına istinadən xəbər verir ki, bank əməliyyatlarının həcmi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,2% azalıb.

Yanvar ayında aparılan əməliyyatların həcmi 171,5 milyon manat, fevralda 162,3 milyon manat, martda 218,1 milyon manat, apreldə 126 milyon manat, mayda 173,4 milyon manat təşkil edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)