Bank

Kreditlərin hansı hissəsi problemlidir?

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 5,5% artaraq 21 milyard 285,5 milyon manat olub. Yalnız may ayında bankların və BOKT-ların kredit portfeli 1,3% və ya 279,6 milyon manat artıb.

Mayın sonuna vaxtı keçmiş kreditlərin həcmi 490,09 milyon manat olub, bu isə ötən beş ayda 17,5% azalma deməkdir. Beləliklə, vaxtı keçmiş kreditlər ümumi portfeldə 2,3% paya malikdir.

2023-cü il mayın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 4 milyard 4229,38 milyon manat (artım 9,8%) və ya bütün kreditlərin 19,9%-i, özəl banklar tərəfindən 16 milyard 429,88 milyon manat (artım 4,4%) və ya bütün kreditlərin 77,2%-i həcmində kredit verilib. Qalan 626,3 milyon manat (artım 6,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.

Mayın sonuna verilmiş kreditlərin ümumi həcmindən 17 milyard 227,2 milyon manat (artım 6,4%) milli valyuta, 4 milyard 58,28 milyon manat (artım 1,7%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,1% təşkil edir.

Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 359,49 milyon manat (bütün kreditlərin 15,8%-i) ticarət və xidmət sahələrinin, 697 milyon manat (3,3%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 539,1 milyon manat (2,5%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 113,4 milyon manat (5,2%) tikinti sektorunun, 1 milyard 36,5 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 860,1 milyon manat (4%) nəqliyyat və rabitə sahələrinin, 12 milyard 362,8 milyon manat (58,1%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.

2023-cü ilin yanvar-may aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 9,7% artıb (2022-ci ildə artım 31% təşkil edib)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)