Bank

Azərbaycan banklarının xaricə borclanması artıb. 5 aylıq NƏTİCƏ

Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il mayın 31-nə 2 milyard 555,1 milyon manat təşkil edir. Bu isə o deməkdir ki, ötən beş ayda ölkə banklarının xaricdən borclanması 45% artıb.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, təkcə may ayında bankların xarici öhdəlikləri 0,4% və ya 11,1 milyon manat artıb. Son 5 ayda borclanmada ən böyük artım isə apreldə qeydə alınıb: 391,9 milyon manat. 

AMB-nin məlumatına görə, mayın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 5 milyard 445,2 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 15,3% azdır.

Mayda bankların xalis xarici aktivləri 22,5 milyon manat və ya 0,4% azalıb. 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri isə 10,7% artmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)