Bu tarixdə yeni 1 manatlıqlar tədavülə buraxılacaq
“1 manatlıq əsginaslar tez köhnəldiyi üçün avqust, sentyabr ayında yeni 1 manatlıqlar, yeni imza ilə tədavülə buraxılacaq”.
Bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.