Avtomobil

Çində “Tesla Model 3″ün rəqibi təqdim edilib

Çinin “Changan” şirkəti üst modifikasiyada bir yükləmə təxminən 1000 kilometr qət edə bilən yeni elektrik sedanını – “Qiyuan A07” modelini təqdim edib. Yenilik “Tesla Model 3” və “Volkswagen ID.7” ilə rəqabət aparacaq.

Bu barədə VC.ru saytı xəbər verir.

“Qiyuan A07” 258 at gücündə elektrik mühərriki ilə təchiz edilib. Qeyd edilir ki, avtomobilin 313 at gücündə olan 1.5 litrlik mühərrikli versiyası da olacaq. Modelin maksimal sürəti saatda 172 kilometrlə məhdudlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)