Sağlamlıq

Azərbaycanda dərmanların tənzimlənən qiymətlərdən yuxarı satılması qadağan olunur

Azərbaycanda dərmanların tənzimlənən qiymətlərinə dair yeni prinsip müəyyənləşir.

Bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dərman vasitələrinin ekspertiza xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Layihəyə görə, dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.

Başqa sözlə, əgər hazırda dövlət qeydiyyatına alınmış dərman vasitələri tənzimlənmiş vahid qiymətlərlə satıla bilərsə, layihəyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)