MALİYYƏ

Tənzimləyici: "Biznes kreditlərinə uçot faiz dərəcəsi və inflyasiya sərtləşdirici təsir göstərib"

Azərbaycanda 2023-cü ilin I rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalma davam etsə də, ötən rüblərlə müqayisədə yumşalma trendində səngimə meylləri görünür.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xarici valyutada verilən biznes kreditləri üzrə kredit standartlarında isə sərtləşmə davam edib. Bankların 2023-cü ilin II rübü üzrə gözləntilərinə əsasən, sektorda qısamüddətli və milli valyutada verilən biznes kreditləri üzrə standartlarda yumşalmaların, uzunmüddətli və xarici valyutada verilən kreditlərdə isə sərtləşmələrin olacağı proqnozlaşdırılır.

2023-cü ilin I rübündə borcalanların təminatının keyfiyyəti və bu təminatların reallaşması, maliyyələşmə dəyəri, habelə, iri kreditorların maliyyə vəziyyətinə dair risk faktorları biznes kreditləri üzrə kredit standartlarına sərtləşdirici təsir göstərib. Banklarla rəqabət, o cümlədən, ümumi iqtisadi faktorlar standartlara yumşaldıcı təsir göstərsə də, uçot faiz dərəcəsi və inflyasiya sərtləşdirici təsir edib. Biznes kreditlərinin verilmə şərtlərində əsas sərtləşdirici faktorlar yuxarı riskli kreditlərə tətbiq olunan marja və məhdudlaşdırıcı meyarlar üzrə olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)