Bank

Türkiyədə uçot dərəcəsi nə qədər qalxacaq? - BofA-dan proqnoz

Bank of America Securities, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının uçot dərəcəsini 25%-ə qaldırmasını gözlədiklərini ifadə dən hesabat açıqlayıb. ENA.az xəbər verir ki, Zümrüt İmamoğlu da daxil olmaqla iqtisadçıların dərc etdiyi hesabatda tənzimləmə və nəzarətin mərhələli şəkildə qaldırılması gözlənildiyi bildirilir. 

"Nəzarəti gücləndirəcək bir anda böyük bir faiz artımı ehtimalı azdır", deyilən hesabatda aşağıdakı qeyd olunur: 

“TCMB üçün iki yol mümkündür. Birinci yol faiz dərəcələrini yüksəltmək, tənzimləmələri və nəzarətləri yavaş-yavaş qaldırmaqdır. Bu ssenaridə faiz dərəcəsini 25 faiz və ya daha aşağı müəyyən etmək, daha çox faiz siqnalı vermək olar. Digər ssenari, cari maliyyə şərtlərini yumşaltmadan faiz dərəcələrini məhdudlaşdırıcı səviyyələrə qaldırmaqla başlamaqdır. Bu ssenari iqtisadiyyatda daha sürətli korreksiyaya imkan verəcək və etibarlılığı və proqnozlaşdırıla bilənliyi gücləndirəcək. Fikrimizcə, ehtimallar tez düzəlişdən daha çox tədricən düzəlişin xeyrinədir. Dəhliz faiz dərəcələrini artırmadan əlavə sərtləşdirmə aparmaq üçün də istifadə edilə bilər".

Hesabatda, "TCMB özəl sektorun maliyyəyə çıxışının tənzimlənməsini də asanlaşdıra bilər. Bu, depozit faizləri indiki səviyyələrindən aşağı düşdükcə valyuta tələbinin artması ilə müşayiət oluna bilər. Bununla belə, yay turizm gəlirləri valyutanı dəstəkləyəcək. Valyutada sabitləşmə gözləməsək də, TCMB müdaxilələrinin lazım olduğu qədər davam edəcəyini gözləyirik", -deyilir.  
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)