DSX Laçındakı təxribatla bağlı məlumat yaydı
Dövlət Sərhəd Xidməti Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması ilə bağlı məlumat yayıb.
DSX-dən verilən məlumata görə, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədində buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.
Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.