“BOA Card xarici bazarlara Azərbaycan və Küveytdən açılacaq”
Architecht baş direktoru Ökkeş Emin Balçiçek ödəniş sistemləri sahəsində "BOA Card"ın Azərbaycan və Küveytdən xarici bazarlara açılacağını bildirib.
ENA.az xəbər verir ki, əsas diqqəti xaricdə tutduqları bazarların Körfəz ölkələri və Türk Cümhuriyyətləri olduğunu qeyd edən Balçiçek, "Xüsusilə Azərbaycan və Küveytdə həm satış, həm də tərəfdaşlıq variantlarını qiymətləndiririk. Məhsulun yol xəritəsinə müxtəlif sxem dəstəkləri, beynəlxalq pul köçürmələri, e-ticarət və e-poçt xidmətləri daxildir", - deyib.