Neft bahalaşmağa başlayıb - QİYMƏT

Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,26 dollar və ya 0,48% artaraq 54,82 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,26 dollar və ya 0,42% azalaraq 62,77 dollar təşkil edib.