Hadisə

Türkiyənin baş bankiri Erkan "Marsh McLennan"ın rəhbərliyindən istefa verdi

Türkiyə Mərkəzi Bankının yeni sədri Hafize Qaye Erkan qlobal maliyyə konsaltinq şirkəti Marsh McLennan-ın direktorlar şurasından istefa verib. ENA.az xəbər verir ki, Marsh McLennan İdarə Heyətinin sədri Edward Hanway, İdarə Heyətində iştirak edən Erkanın istefası ilə bağlı açıqlama verib.

“Marsh McLennan-da göstərdiyi xidmətlərə və İdarə Heyətindəki təcrübəsinə və şirkətimizə verdiyi töhfəyə görə Erkan'a təşəkkür edir, ona yeni vəzifəsində uğurlar arzulayırıq". 

2022-ci ildə Erkan, "Fortune 500"də yer alan Marsh McLennan-ın idarə heyətinə qatılıb və bu müddət ərzində Audit və İdarəetmə komitələrində çalışıb.

Erkan keçən həftə prezidentin fərmanı ilə TCMB sədri vəzifəsinə təyin olundu və bununla da Erkan TCMB-nin ilk qadın prezidenti oldu.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)