Avtomobil

Elektrikli avtomobillərdə rəqabət qızışır - QİYMƏTLƏR

Elektrik avtomobil şirkəti Nio elektromobil qiymətlərində rəqabətə qoşularaq bütün modellərin başlanğıc qiymətlərini 30 min yuan (4200 dollar) aşağı salıb.
ENA.az xarici mediaya istinadən xəbər verir ki, dDünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çində daha çox müştəri əldə etmək üçün qiymət savaşı qızışır. Bazar ertəsi bu addım Nio-ya Tesla da daxil olmaqla, digər elektrik avtomobil şirkətləri ilə rəqabətdə daha möhkəm dayanma imkanı verdi.

Şirkət qiymət dəyişikliklərinin dərhal qüvvəyə mindiyini bildirib.

Nionun satışları yanvar-mart dövründə 31 min 41 olarkən, aprel və may aylarında cəmi satışları 13 minə düşdü. Bu il 250.000 elektrikli avtomobil satmağı hədəfləyən Şanxayda yerləşən şirkət, keçən həftə birinci rübdə xalis zərərinin bir il əvvəl 1.78 milyard yuandan 4.74 milyard yuana yüksəldiyini söylədi.

2014-cü ildə Nio-nu quran Li aprel ayında şirkətin qiymət müharibəsində iştirak etməyəcəyini açıqlamışdı. 30 min yuan endirimdən sonra modellərin qiymətləri belə olub. Tesla daha əvvəl də qiymət endirimi elan etmişdi. Maskın rəhbərlik etdiyi şirkət aprel ayında Model Y uzun mənzilli qiymətini 9 faiz, Model Y performans modelini isə 8,5 faiz aşağı salıb.

Model                        Yeni qiymət                                Endirim faizi                 
ET5    298  min yuan 9,1
ET6 (yeni) 338 min yuan 8,1
ET7 428 min yuan 6,6
ES7 438 min yuan 6,4
EC7 458 min yuan 6,1
ES8 498 min yuan 5,7

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)