Sağlamlıq

BioNTech-in Covid-19 peyvəndinə qarşı iddia: 150 min avronu kimin ödəyəcəyinə dair mübahisə yaranıb

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyasına qarşı Pfizer/BioNTech tərəfindən hazırlanmış mRNT əsaslı peyvəndin "yan təsirləri" səbəbiylə məhkəməyə müraciət edən alman qadının işinin ilk iclası keçiriləcək.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ilin son həftələrində Çinin Wuhan şəhərində ortaya çıxan və qısa müddətdə qlobal epidemiyaya çevrilən koronovirusa qarşı mRNT əsaslı peyvənd hazırlayan BioNTech şirkətinə qarşı şikayət və təzminat işinin ilk məhkəməsi bu gün keçirilir.

Almaniyada adını açıqlamayan orta yaşlı qadının açdığı iddiada qadının “ən azı” 150 min avro tələb etdiyi qeyd edilib. 

Hamburqda baxılacaq məhkəmədə qadını Rogert & Ulbrich hüquq firması təmsil edəcək. Qadın udmaqda çətinlik çəkdiyini vurğulayarkən, peyvənddən sonra yuxu problemi, halsızlıq və bədənində ağrılar olduğunu söyləyib.

Rogert & Ulbrich-in tərəfdaşı Tobias Ulbrich Britaniyanın Reuters xəbər agentliyinə bildrib ki, Ulbrich, Avropa İttifaqı qanunlarını və Alman nəzarət agentliklərini hədəf alıb.

EMA: Peyvəndlər ən azı 20 milyon insanı xilas etdi

Almaniyadakı dərman qanunlarına görə, peyvənd və dərman istehsalçıları, istehsal etdikləri məhsulların yan təsirləri elmi cəhətdən sübut olunarsa, cərimələnə bilər. BioNTech peyvəndin təhlükəsiz olduğunu açıqlasa da, Avropa Dərman Administrasiyası (EMA) BioNTech tərəfindən hazırlanan Comirnaty adlı peyvəndin təhlükəsiz olduğunu vurğuladı.

EMA, BioNTech tərəfindən hazırlanmış vaksinlərin dünyada ən azı 20 milyon insanın həyatını xilas etdiyini bildirdi. BioNTech-in peyvəndində riskin çox az olduğu bildirilərkən, "gözlənilməz yan təsirlərin" çox nadir olduğu da ifadə edildi. Ən çox görülən yan təsirlərin baş ağrısı, yüksək hərarət, zəiflik və əzələ ağrıları olduğu da bildirilib.

KİM ÖDƏYƏCƏK?

Britaniyanın Reuters xəbər agentliyinin xəbərində BioNTech-in davanı uduzması halında pulu kimin ödəyəcəyinin də bəlli olmadığı bildirilib.

Bəzi mənbələr Reuters-ə bildiriblər ki, “Avropa İttifaqı ilə kollektiv müqavilələrdə BioNTech və Pfizer hər hansı potensial hüquqi xərclərdən və potensial kompensasiyadan tam və ya qismən imtina etmək hüququna malikdir. Bu, Aİ hökumətlərini bu kompensasiyanı ödəməyə məcbur edə bilər”, - deyə o bildirib.

Bu gün baxılacaq iddianın tərəfi olan Rogert & Ulbrich adlı hüquq firması təxminən 250 adam adına məhkəməyə veriləcəyini, Caesar-Preller adlı şirkət isə 100 iddiaya baxacaqlarını açıqladı. Oxşar iddialar Almaniyada olduğu kimi İtaliyada da açılıb.

HÜQUQİ ŞİRKƏTLƏR MÜZAKİRƏ YARADIRLAR

Rogert & Ulbrich və Casar-Preller hüquq firmaları insanların narahatlıqlarından maddi mənfəət əldə etmək üçün istifadə etdiklərinə dair iddiaları təkzib ediblər.

Britaniyanın Financial Times qəzeti şirkətlərdən birinin Düsseldorfda yerləşən Rogert & Ulbrich, digər şirkətin isə Maynsda yerləşən Casar-Preller olduğunu açıqlayıb. Keçmişdə Almaniyanın Volkswagen avtomobil markasının dizel yanacağı qalmaqalında hər iki şirkət qanuni qələbə qazanmışdı, lakin Alman mediası bu iki şirkəti şöhrət və pul qazanmaq üçün onlardan sui-istifadə etməkdə günahlandırmışdı.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)