Sağlamlıq

Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və müavini təyin edildi

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək.

Bu barədə TƏBİB-dən bildirilib.

Tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək P.Hacıyev ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)