Netanyahu: "İsrail İranın nüvə proqramı ilə bağlı güc tətbiq etməyə hazırdır"
İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, ölkə hakimiyyəti İranın nüvə proqramının inkişafının qarşısını almaq üçün hərbi rıçaqlardan istifadə etməyə hazırdır. Bu barədə Sky News telekanalı məlumat yayıb.
“Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi təhlükə və ya hərbi varianta müraciət etmək istəyi ilə birlikdə işləyə bilər...”, - deyə İsrailin baş naziri bildirib.
Onun sözlərinə görə, İranın nüvə proqramını cilovlamaq cəhdləri heç bir nəticə verməyəcəksə, güclü qətnamə müzakirə oluna bilər.