“Aqroservis” avtomobil almaq üçün 620 min manat xərcləyəcək
“Aqroservis” ASC 10 xüsusi təyinatlı avtomobilin (pikap növü) alınmasına 620 min manatdan çox vəsait ayıracaq. ENA.az www.etender.gov.az saytına istinadən xəbər verir ki, şirkət “Toyota Abşeron Mərkəzi” MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri 623 999,99 manatdır.
“Aqroservis” ASC kommersiya hüquqi şəxs olmaqla, lizinq istisna olmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarını qanunvericiliklə müəyyən edilmiş qaydada kənd təsərrüfatı məhsulları istehsalı vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, o cümlədən suvarma sistemlərinin komplekt və avadanlıqları, aqrokimyəvi maddələr, bitki mühafizəsi) ilə təmin edir.