Sənaye

"Adidas"ın Rusiyadakı şəbəkələrini Türkiyə şirkəti alır

Türkiyənin FLO Retailing şəbəkəsi və Middle East Daher Group şirkəti Rusiyadakı Adidas mağazalarının alınması ilə bağlı danışıqlar aparır. ENA.az xəbər verir ki, bu barədə "Vedomosti" yazıb.

Nəşrin yazdığına görə, danışıqlar irəliləmiş mərhələdədir, müqavilənin payızda bağlanacağı gözlənilir.

Adidas-ın ana şirkətinin nümayəndəsi qəzetə bildirib ki, Rusiyadakı biznesinin məhdudlaşdırılması prosesi davam edir.

Adidas Ukraynada hərbi əməliyyata başlayandan sonra 2022-ci ilin martında Rusiyada fəaliyyətinin dayandırıldığını və pərakəndə satış mağazalarının müvəqqəti bağlandığını elan edib, oktyabrda isə ölkədəki əməliyyatları həmişəlik məhdudlaşdırmaq qərarına gəlib.

Mayın əvvəlində isə “Kommersant” yazdı ki, “Adidas” Rusiya bölməsini xarici investorun ixtiyarına verməyi düşünür.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)