Reddit işçilərinin təxminən 5%-ni ixtisar edir
Reddit işçi qüvvəsinin təxminən 5%-ni təşkil edən 90 əməkdaşını ixtisar edəcək. Bu barədə “The Wall Street Journal” şirkətin baş direktoru Stiv Huffmanın işçilərə məktubuna istinadən xəbər verir.
"İlin birinci yarısını yaxşı keçirdik və restrukturizasiya bizə ilin ikinci yarısında və ondan sonra da bu sürəti qoruyub saxlamağa imkan verəcək" deyə Huffman ixtisarların səbəbini izah edib. O əlavə edib ki, şirkət yeni işçilərin işə götürülməsi ilə bağlı planlarına da yenidən baxıb və bu il 300 nəfər əvəzinə cəmi 100 nəfər işə götürüləcək.
Reddit 10 milyard dollar dəyərində qiymətləndirilir və 2021-ci ilin sonunda şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına IPO keçirməyə hazır olması ilə bağlı ərizə verib.