Avropa İttifaqı Huawei-in 5G texnologiyalarını təhlükəli hesab edib
Avropa İttifaqı (Aİ) təhlükə yaradan 5G texnologiyalarının istifadəsinə qadağa qoymağı planlaşdırır. Belə texnologiyaların siyahısına artıq Çinin Huawei şirkətinin həlləri daxil edilib. Bu barədə Financial Times xəbər verir.
Avropa İttifaqının daxili bazar üzrə komissarı Thierry Breton bildirib ki, Avropa İttifaqı ölkələrinin yalnız üçdə biri öz 5G şəbəkələrində Huawei avadanlığının istifadəsindən könüllü olaraq imtina edib. Xüsusilə, Danimarka, İsveç, Estoniya və Latviya Çin brendindən imtina edib. Bununla belə, Almaniya kimi böyük bir ölkə Çin satıcısına etibar etməkdə davam edir.
Bretonun fikrincə, bu çox kiçik bir paydır. Onun fikrincə, əksər ölkələrin “Huawei”yə loyal münasibəti bütün ittifaqın təhlükəsizliyini təhlükə altına qoyur.
“The Financial Times” yazır ki, ittifaq ölkələrinin əksəriyyəti bu və etibarsız kimi tanınan digər şirkətlərin həllərindən istifadə etməyə davam edərsə, Aİ “Huawei” texnologiyalarının istifadəsinə ciddi qadağa tətbiq edə bilər.