Dövlət Fondu nə qədər ipoteka krediti verib?
2023-cü il iyun ayının əvvəlinə olan vəziyyətə görə, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 44,632 min ipoteka krediti verilib.
ENA.az İKZF-na istinadən xəbər verir ki, verilmiş ipoteka kreditlərinin məbləği 2 milyard 621 milyon 581,341 min manat təşkil edir.
Bundan başqa, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı 3458 təşkil edir.
Zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği isə 358 milyon 79 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.