Dünyanın sığorta şirkətlərindən rekord göstərici
Dünya sığorta şirkətləri 2022-ci ildə həyat, sağlamlıq, əmlak və bədbəxt hadisələr üzrə 5,6 trilyon avrodan çox mükafat toplayıb və bu, yeni rekord deməkdir.
ENA.az xarici mətbuata istinadən xəbər verir.
Alman sığorta şirkəti Allianz sorğuda bildirib ki, bu məbləğ 2021-ci illə müqayisədə 4,9% çoxdur. Bununla yanaşı, ötən il qlobal inflyasiya 8,6% təşkil edib.
Həyat sığortası sahəsində 2022-ci ildə mükafat artımı 2,4% (2,6 trilyon avroya qədər), tibbi sığorta - 4,9% (1,1 trilyon avroya qədər), əmlak və bədbəxt hadisələrdən sığorta - 8,7% (1,8 trilyon avroya qədər) təşkil edib. Eyni zamanda, hər üç seqmentdə canlanma əsasən ABŞ tərəfindən təmin edilib, Qərbi Avropada və Asiyanın bir çox yerlərində, məsələn, “həyat sığortası bazarının dinamikası məyusedici olub”, - hesabatda deyilir.
Allianz proqnozlaşdırır ki, növbəti onillikdə qlobal sığorta haqları orta hesabla ildə 5,2% artacaq. O cümlədən həyat sığortası seqmentində 4,7%, tibbi sığortada 6,7%, əmlakvəbədbəxt hadisələrdən sığorta məhsullarında 5% artım gözlənilir.