Sağlamlıq

Alimlər bədənin qocalma prosesini sürətləndirən amilləri açıqlayıb

McMaster Universitetinin alimləri qocalmanın bioloji sürətləndiricilərini müəyyən ediblər. Tədqiqatın nəticələri The Journals of Gerontology Series A jurnalında dərc olunan məqalədə təqdim olunub.

Tədqiqatın müəllifləri DNT metilasiyasına əsaslanan qocalmanın xüsusi hazırlanmış “saatından” istifadə ediblər. Bu, orqanizmin bioloji yaşını təxmin etməyə kömək edən DNT nukleotid ardıcıllığının özünü dəyişdirmədən DNT molekulunun modifikasiyasıdır. Daha sonra əldə edilən məlumatlar şəxsin faktiki yaşı ilə müqayisə edilir.

Tədqiqat 45-85 yaş arası 1445 iştirakçının epigenetik məlumatlarını araşdırıb. Alimlərin işi depressiya əlamətləri, əlverişsiz şəhər ərazilərində yaşamaq və sürətlənmiş qocalma arasında mümkün əlaqəni ortaya qoyur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)