Elm və Texnologiya

Ən bahalı Xiaomi smartfonu bu tarixdə satışa çıxarılacaq

Aprel ayında Çində təqdim edilən Xiaomi 13 Ultra, iyunun 7-də qlobal bazara təqdim olunacaq. 

Sızdırılmış məlumatlara görə, bu smartfonun qiyməti qlobal bazarda şirkət tarixində ən yüksək qiymət ola bilər. Avropada Xiaomi 13 Ultra-nın qiyməti 1300 və ya 1500 avro qiymətinə  təklif ediləcəyi gözlənilir.

Xiaomi 13 Ultra şirkətin Leica mühəndisləri ilə birgə yaradılmış dörd 50 meqapiksellik kamera sisteminə malik foto flaqmanıdır. Smartfon həmçinin Snapdragon 8 Gen 2 çipsetinə, 6,73 düymlük 2K AMOLED ekrana və 2600 nitdə bazarda ən yüksək parlaqlığa malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)