Sosial iqtisadiyyat

Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı işlərin birinci mərhələsi başa çatıb

Özəl pensiya fondlarının yaradılması istiqamətində ilkin layihələr var.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O deyib ki, vətəndaşlarımız buna ehtiyac duyursa və sığorta şirkətləri bunda maraqlıdırsa, bunun üçün imkan yaradılacaq:

“Çalışacağıq ki, vətəndaşlarmıza müxtəlif çeşidli məhsullar verək. Təkliflə ehtiyac arasında körpü rolunu oynayacağıq. Artıq bu sahədə işlərin birinci mərhələsi başa çatıb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)