Türkiyə Mərkəzi Bankının xalis ehtiyatı mənfi rekordu yenilədi
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının xalis ehtiyatı seçkidən bir həftə əvvəl mənfi 4,4 milyard dollara qədər azalıb. Beləliklə, xalis ehtiyatlarda tarixən miniimum səviyyə qeydə alınıb.
TCMB-nin məlumatına görə, 2,5 ayda TCMB-nin ümumi ehtiyatlarında 28 milyard dollar azalma müşahidə olunub.
Xalis ehtiyatlar tarixən aşağı səviyyə qeydə alınıb. Məlumata görə, TCMB-nin xalis ehtiyatları mənfi 4,4 milyard dollar təşkil edib.
Svoplar istisna olmaqla xalis ehtiyatlar pisləşməkdə davam edib. 26 may həftəsində xalis ehtiyatlar mənfi 60,5 milyard dollar olub. Əvvəlki həftə bu rəqəm mənfi 60,3 milyard dollar olaraq qeyd edilmişdi.