May ayı üzrə neftin - YEKUN QİYMƏTİ
Neft qiymətləri Çindən gələn zəif statistik məlumatlara görə bir gün əvvəl ucuzlaşdıqdan sonra bugün səhər mülayim şəkildə yüksəlir.
Londonun ICE Futures birjasında saat 9:14-də Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 72,96 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,36 dollar (0,5%) çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul ayı fyuçerslərinin qiyməti bu dəfə 0,29 dollar (0,43%) artaraq bir barelə görə 68,38 dollar təşkil edib.
Son sessiyanın nəticələrinə görə, müqavilələrin dəyəri martın 20-dən minimumu yeniləyərək 1,37 dollar (2%) azalaraq 68,09 dollar/barelə düşüb.
May ayının yekunu üzrə Brent 8,7%, WTI 11,3% ucuzlaşıb.
Neft bazarına təzyiqi Çində işgüzar aktivliyə dair zəif məlumatlar, həmçinin dolların möhkəmlənməsi göstərib.
Dünən məlum olub ki, Çinin istehsal sənayesində Çin Xalq Respublikasının Milli Statistika İdarəsi tərəfindən hesablanan Satınalma Menecerləri İndeksi (PMI) may ayında apreldə 49,2 punktdan 48,8 bənd olmaqla son 5 aylıq minimuma enib. İndeksin dəyərinin 50 baldan aşağı olması sənaye sektorunda aktivliyin azalmasından xəbər verir. Göstərici artıq ikinci aydır ki, bu səviyyədən aşağıdır.