Elm və Texnologiya

Huawei qanda şəkərin səviyyəsini ölçən dünyanın ilk smart saatını təqdim edib

Çində dünyanın ilk qeyri-invaziv qan şəkərini izləyən Huawei Watch 4 ağıllı saatı satışa çıxarılıb.

“Huawei” smart saatının şəkər səviyyəsini dəqiq göstərmədiyi, lakin, istifadəçini yüksək qan qlükoza problemi barədə xəbərdar edə biləcəyi deyilir. Cihaz, son həftənin nəbzi və EKQ məlumatlarına əsaslanaraq bir nəticə çıxarır ki, bu da aksesuarın yeddi gün ərzində fasiləsiz istifadəsini tələb edir.

Təyin olunmuş funksiyaya əlavə olaraq, yeni saat eSIM, GPS və Həmişə açıq ekran rejimini də dəstəkləyir. Cihaz HarmonyOS 3.0 xüsusi əməliyyat sistemi ilə işləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)