Birja

“Brent” nefti də ucuzlaşıb - QİYMƏT

Neftin qiymətləri bir gün əvvəl son ayın minimumunu vurduqdan sonra bugün də enməyə davam edir.

ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında çərşənbə günü saat 9:05-ə olan Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 73,35 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,19 dollar (0,26%) aşağıdır. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul ayı fyuçerslərinin qiyməti bu vaxta qədər 0,24 dollar (0,35%) ucuzlaşaraq bir barelə görə 69,22 dollar təşkil edib. 

Dow Jones Market Data-ya görə, hər iki marka dünən mayın 4-dən bəri ən aşağı həddə bağlanıb.

Treyderlərin diqqəti hələ də ABŞ-ın borc tavanı ilə bağlı vəziyyətə yönəlib. Çərşənbə günü Nümayəndələr Palatasında prezident Co Bayden və Konqresin aşağı palatasının spikeri respublikaçı Kevin Makkarti tərəfindən əldə edilmiş razılaşma layihəsi üzrə səsvermə gözlənilir, bundan sonra sənəd baxılmaq üçün Senata göndəriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department