Türkiyə turizmdə pandemiyadan əvvəlki rekordu yenilədi

Türkiyə 2023-cü ilin ilk 4 ayında cəmi 11 milyon 93 min 247 ziyarətçi qəbul edib. ENA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xarici turistlərin sayındakı artım 29% olub. Beləliklə, 2019-cu ilin aprel ayı göstəricilərini keçdi.
Turizm Statistikasına görə, ilk 4 ayda xarici ziyarətçilərin sayı bir əvvəlki ilin eyni dövrünə görə 27,51% artaraq 9 milyon 533 min 933 oldu.
Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin reytinqində ilin ilk 4 ayında Rusiya Federasiyası birinci olub. Almaniya 18,74% çox və ya 966 min 336 ziyarətçi ilə ikinci, Bolqarıstan isə 17,45% və ya 797 min 956 ziyarətçi ilə üçüncü sıradadır. Bolqarıstanı müvafiq olaraq İran və İngiltərə (Birləşmiş Krallıq) izlədi.